Avrokomissar Marta Kos Monteneqroda Qərbi Balkanların Aİ-ə inteqrasiyasını müzakirə edəcək
Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos sabah Monteneqroya səfər edəcək.
"Report"un Balkan bürosu xəbər verir ki, səfər çərçivəsində Marta Kos Berlin Prosesi çərçivəsində keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
O, Qərbi Balkan ölkələrinin, Berlin Prosesində iştirak edən Avropa İttifaqına üzv dövlətlərin və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də digər maraqlı tərəflərlə birlikdə plenar sessiyada və panel müzakirələrində iştirak edəcək.
Görüş zamanı Qərbi Balkanların Avropa İttifaqına inteqrasiya istiqamətində əldə etdiyi irəliləyiş, regional münasibətlər, ümumi təhlükəsizlik və dayanıqlılıq məsələləri müzakirə olunacaq.
Tərəflər həmçinin Aİ-nin Qərbi Balkanlar üzrə Artım Planının həyata keçirilməsini, o cümlədən region ölkələrinin Aİ-nin Vahid Bazarına mərhələli inteqrasiyası və Ümumi Regional Bazarın yaradılması istiqamətində görülən işləri nəzərdən keçirəcəklər.
Berlin Prosesi Qərbi Balkan ölkələrinin (Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Serbiya və Kosovo – Kosovo Azərbaycan tərəfindən müstəqil dövlət kimi tanınmayıb - red) Avropa İttifaqına (Aİ) inteqrasiyasını sürətləndirmək üçün 2014-cü ildə Almaniyanın təşəbbüsü ilə yaradılmış yüksək səviyyəli diplomatik platformadır.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













