Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı
Oktyabrın 4-ü saat 12:00-a olan məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edib. Bəzi ərazilərdə intensiv və güclü leysan müşahidə olunub, dağlıq ərazilərə isə qar yağıb.
Far.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar qeydə alınıb.
Qar örtüyünün hündürlüyü Qrızda 10, Xınalıqda 5, Şahdağda 2, Qusarda isə 1 santimetr təşkil edib.
Bakı və Abşeron yarımadasında qeydə alınan yağıntının miqdarı belə olub: Maştağada 37 mm (aylıq normanın 93 faizi), Binədə 21 mm (75 faiz), Bakıda 16 mm (57 faiz), Sumqayıtda isə 5 mm.
Respublikanın rayonlarında ən çox yağıntı Kişçayda (Şəki) qeydə alınıb. Burada 55 mm yağıntı düşüb ki, bu da aylıq normanın 64 faizinə bərabərdir.
Digər ərazilərdə qeydə alınan yağıntının miqdarı belədir:
- Qəbələ - 51 mm (aylıq normanın 40 faizi),
- Sarıbaş (Qax) - 45 mm (36 faiz),
- Oğuz - 45 mm (45 faiz),
- Göyçay - 41 mm (76 faiz),
- Astara - 30 mm,
- Kürdəmir - 26 mm (56 faiz),
- İsmayıllı - 24 mm (32 faiz),
- Şamaxı - 23 mm (30 faiz),
- Xızı - 22 mm (39 faiz),
- Yardımlı - 20 mm,
- Lənkəran - 18 mm,
- Gədəbəy - 17 mm (30 faiz),
- Qobustan - 17 mm (36 faiz),
- Lerik - 16 mm,
- Xaltan - 15 mm (31 faiz),
- Sabirabad - 15 mm (36 faiz),
- Göygöl və Qusar - 15 mm,
- Neftçala - 14 mm (31 faiz),
- Daşkəsən - 14 mm,
- Zərdab - 13 mm (34 faiz),
- Mingəçevir - 12 mm (30 faiz),
- Naftalan və İmişli - 11 mm,
- Tərtər və Beyləqan - 10 mm,
Digər rayonlarda isə 1-9 mm yağıntı qeydə alınıb.
Oxşar xəbərlər
Türkiyənin bu şəhərinə güclü qar yağdı
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycanın bu bölgəsinə 150 sm QAR YAĞIB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Moldovanın hava məkanını daha bir PUA pozub













