Azərbaycan və Böyük Britaniya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
Far.Az xəbər saytı

Azərbaycan və Böyük Britaniya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır


Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıq arasında rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub.

"Far.Az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Müzakirələr M. Cabbarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar ilə keçirilən görüşdə baş tutub.

"Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələlərini müzakirə etdik", - nazir bildirib.

Görüşdə həmçinin Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı iqtisadi əlaqələrin şaxələndirilməsi, biznes subyektləri arasında birbaşa əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini qeyd ediblər.

Oxşar xəbərlər

Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər