Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar
Far.Az xəbər saytı

Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar


Yunanıstan və ABŞ Birləşmiş Ştatların dövlət katibi Marko Rubionun 7 oktyabrda Afinaya edəcək səfəri zamanı üç sənəd imzalayacaqlar.

"Report"un Afina Makedoniya (ANA-MPA) xəbər agentliyinə istinadən məlumatına görə, Rubio iki ölkə arasında strateji dialoqun altıncı raundunda iştirak üçün Yunanıstan paytaxtına səfər edəcək.

Tərəflər XV əsrdən əvvəlki dövrlərə aid müəyyən kateqoriyalı arxeoloji və etnoloji materialların ABŞ-yə idxalına məhdudiyyətlər qoyan anlaşma memorandumunu uzatmaq niyyətindədirlər.

Həmçinin Yunanıstanın Silahlı Qüvvələri ilə Florida Milli Qvardiyası arasında əməkdaşlıq üçün niyyət məktubu da imzalanacaq.

Üçüncü sənəd Dənizçilərin Təlimi, Sertifikatlaşdırılması və Növbətçiliyi Standartları haqqında Beynəlxalq Konvensiyaya (STCW) uyğun olaraq dənizçilərin səriştəlilik sertifikatlarının qarşılıqlı tanınmasını nəzərdə tutur. Saziş dənizçilərin işə qəbulunu asanlaşdırmaq, dəniz təhsili və təlimi sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

M.Rubio səfər çərçivəsində Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə danışıqlar aparacaq və Baş nazir Kiriakos Mitsotakis ilə görüşəcək.

Strateji dialoqun iştirakçıları regional və beynəlxalq məsələləri, təhlükəsizlik, enerji, gəmiçilik, texnologiya, ticarət və investisiya, eləcə də müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər