Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb
Rusiyanın Maqadan şəhərində ayı qəbiristanlıqda məzarlardan birini qazaraq qadının meyitini aparıb.
"Report" "REN TV"yə istinadən xəbər verir ki, ailə fevralın sonlarında vəfat etmiş qohumunun qəbrini ziyarət etmək üçün Maqadandakı qəbiristanlığa gedib, lakin orada məzarın qazıldığını və ətrafındakı hasarın sındırıldığını görüb.
Qadının meyiti yoxa çıxıb, qəbrin ətrafında isə paltar qalıqları olub. Qəbiristanlıq işçiləri heç nə görmədiklərini bildiriblər.
Qohumlar axtarışa başlayıb və qəbiristanlıqdan təxminən 300 metr aralıda, meşədə, 10-a yaxın kəllə və çoxlu sayda sümük aşkarlayıblar. Qazılmış məzarın ətrafındakı əraziyə və qəbiristanlığa baxış zamanı iri ayının izləri də aşkar edilib.
İlkin məlumatlara görə, yırtıcı uzun müddət bu ərazidə məskən salmış ola bilər və ehtimal ki, qəbirləri ilk dəfə qazmır.
Ailə polisə və Maqadan meriyasına müraciət edib. Ayının peyda olması ilə bağlı bundan sonra hansı tədbirlərin görüləcəyinə hakimiyyət orqanları qərar verməlidir.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













