Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Far.Az xəbər saytı

Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq


Moskva ikitərəfli münasibətlərin inkişafı məsələlərinə dair İrəvanla dialoq çərçivəsində Gümrüdəki Rusiya hərbi bazasının gələcək taleyini müzakirə etməyə hazırdır.

"Far.Az" xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib.

"Rusiyanın yerləşdirilmiş hərbi bazaya dair mövqeyini Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də keçirilən mətbuat konfransında aydın şəkildə ifadə edib. Əlbəttə, Ermənistan tərəfinin təklif etdiyi Rusiya-Ermənistan əlaqələrinin perspektivlərinə dair əsaslı söhbət çərçivəsində bazamız ətrafındakı məsələlərin tam məcmusunu nəzərdən keçirməyə hazırıq", - o qeyd edib.

Kaluqinin sözlərinə görə, müzakirələr Rusiya kontingentinin Ermənistan ərazisində olmasını tənzimləyən müvafiq müqavilə və sazişlər əsasında qurulacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər