8 kənd turistlərin üzünə açılır: Gəlirlər birbaşa sakinlərə çatacaq
"Ölkə üzrə 8 kənd turistik kənd kimi seçilib".
Far.Az-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Mədəni irsin qorunması sektorunun müdiri Rüstəm Mehdizadə bildirib
Onun sözlərinə görə, layihənin əsas məqsədi yalnız regionlara və kəndlərə turistlərin cəlb edilməsi deyil, həm də turizmdən əldə olunan gəlirlərin birbaşa yerli icmalara yönəldilməsidir.
Mehdizadə qeyd edib ki, İsmayıllı rayonunda İvanovka kəndi turistik kənd kimi müəyyənləşdirilib. Hazırda kəndin bərpası və quruculuğu istiqamətində işlərin aparılması üçün layihələndirmə işləri həyata keçirilir.
Sektor müdiri bildirib ki, kəndə gələn turistlərin qonaqlama, yerləşmə və qidalanma xidmətlərindən istifadə etməsi nəticəsində turizmdən əldə olunan gəlirin birbaşa yerli icmaya çatması nəzərdə tutulur:
"Bu yolla icmanın turizmə cəlb edilməsi və icma əsaslı turizmin inkişafına təkan verilməsi planlaşdırılır.
Seçilmiş kəndlərdə xidmət keyfiyyətinin artırılması məqsədilə kənd qonaq evlərinin sahibləri üçün müxtəlif təlimlər də keçirilir. Təlimlərdə turistlərin qarşılanması və yola salınması, davranış qaydaları, həmçinin xarici dil biliklərinin təkmilləşdirilməsi kimi məsələlərə diqqət yetirilir".
Oxşar xəbərlər
Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"İvanovka"da kərə yağı SAXTALAŞDIRILIB
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır













