Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Azərbaycanla Qazaxıstan arasında "Transxəzər Fiber-Optik Rabitə Xətti"nin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır.
"Far.Az" xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib.
Tərəflər artıq Xəzərin dibi ilə 390 kilometr uzunluğunda kabel çəkiblər. Yeni xəttin Asiya ilə Avropa arasında birbaşa və yüksək sürətli məlumat ötürülməsi üçün yeni dəhliz yaradacağı gözlənilir.
"Yeni marşrut Qazaxıstanın qlobal məlumat şəbəkələrinə rəqəmsal bağlantısını gücləndirəcək, həmçinin süni intellektin, bulud texnologiyalarının və müasir məlumat mərkəzlərinin gələcək inkişafı üçün təməl yaradacaq", - Madiyev bildirib.
Xatırladaq ki, Trans-Xəzər Fiber-Optik Kabel Xətti "Rəqəmsal İpək Yolu" layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - "Rəqəmsal İpək Yolu" məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













