Lahıca turist axını artır: 9 ayda 120 mindən çox ziyarətçi gəlib
Far.Az xəbər saytı

Lahıca turist axını artır: 9 ayda 120 mindən çox ziyarətçi gəlib


Bu ilin ilk 9 ayı ərzində Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu 120 mindən çox turist qəbul edib.

Far.Az-in məlumatına görə, bunu Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ziyarətçilər arasında xarici turistlərin sayı 26 mindən çox olub.

Qoruqda ziyarətçilərin gündəlik statistikası aparılır və məlumatlar hər gün Dövlət Turizm Agentliyinə təqdim edilir. Direktor bildirib ki, xarici turistlərin Lahıca marağı əsasən yaz və payız aylarında artır.

Xaricdən gələn qonaqlar arasında Avstraliya və İsrail vətəndaşları üstünlük təşkil edir. Onun sözlərinə görə, bu ölkələrdən hər gün 2-3 turist qrupu Lahıca səfər edir.

N. Əliyev qeyd edib ki, qoruğu ziyarət edənlərin əhəmiyyətli hissəsini yaşlı insanlar təşkil edir. Lahıcın ümumi ərazisinin 80 hektarı qoruq statusundadır və bu hissə tarixən formalaşmış yaşayış məkanını əhatə edir. Burada 100-ə yaxın tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb və qorunur.

Qoruq rəhbərinin sözlərinə görə, Lahıca gələn turistlər yalnız tarixi abidələrlə deyil, həm də yerli əhalinin həyat tərzi, məişəti və ənənəvi məşğuliyyətləri ilə yaxından maraqlanırlar. "Turistlər yerli sakinlərin necə yaşadığını görmək, qədim evlərlə tanış olmaq istəyirlər. Hazırda Lahıcda tarixi mühitlə müasir imkanların vəhdəti yaradılıb. Qoruq ərazisində həm mehmanxanalar, həm də ev turizmi üçün şərait mövcuddur", - deyə direktor bildirib.

O əlavə edib ki, turistlərin Lahıca marağında yerli mətbəxin də xüsusi payı var. Qonaqlar milli yeməklərin, xüsusilə yarpaq dolmasının dadına baxmağa böyük maraq göstərirlər.

Oxşar xəbərlər

Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər