Azərbaycan yenidən ITSO-nun Məşvərət Komitəsində təmsil olunacaq
Far.Az xəbər saytı

Azərbaycan yenidən ITSO-nun Məşvərət Komitəsində təmsil olunacaq


Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (ITSO) 2026–2028-ci illər üzrə Məşvərət Komitəsinə (Advisory Committee) yenidən seçilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") məlumat yayıb.

Bildirilir ki, bu barədə qərar ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilmiş ITSO-nun Tərəflər Assambleyasının 42-ci iclası (AP-42) çərçivəsində qəbul olunub.

30 sentyabr – 2 oktyabrdaə keçirilən Assambleyada ITSO-ya üzv ölkələrin nümayəndələri bir araya gələrək beynəlxalq peyk rabitəsinin inkişafı, xidmətlərin əlçatanlığı, tənzimləmə məsələləri və təşkilatın gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.

Assambleyadan əvvəl, 29 sentyabrda təşkil olunan "Satellite Developments Shaping Connectivity – An ITSO Perspective" adlı beynəlxalq simpoziumda Azərbaycan da təmsil olunub. Simpozium çərçivəsində keçirilən "Voices from the Regions: National Perspectives" panelində Azərkosmos Region C adından çıxış edib.

Panel müzakirələrində peyk rabitəsinin inkişafında milli prioritetlər, rabitə xidmətlərinin əlçatanlığı və dayanıqlılığı, radiotezlik spektrinin idarə olunması, tənzimləyici çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

Çıxış zamanı Region C ölkələrinin peyk rabitəsi sahəsində qarşılaşdığı praktiki və tənzimləyici çətinliklərə toxunulub. Xüsusilə bəzi ölkələrdə xarici peyk operatorlarının xidmət göstərməsi üçün tələb olunan mürəkkəb icazə prosedurlarının (landing rights) bazara çıxışa təsiri qeyd edilib. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrin texniki və institusional imkanlarının gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın ITSO-nun Məşvərət Komitəsinə növbəti müddətə seçilməsi ölkəmizin beynəlxalq peyk rabitəsi sahəsində çoxtərəfli əməkdaşlıq proseslərində iştirakının davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu üzvlük Azərbaycanın təşkilat çərçivəsində aparılan müzakirələrə və qərarların hazırlanması prosesinə töhfə verməsi üçün əlavə imkanlar yaradır.

Azərkosmos beynəlxalq platformalarda fəal iştirakını davam etdirərək peyk rabitəsi sahəsində ölkəmizin maraqlarının təmsil olunmasına, qlobal tənzimləmə proseslərində əməkdaşlığın genişləndirilməsinə və dayanıqlı peyk bağlantısının inkişafına töhfə verməyi hədəfləyir.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər