Azərbaycan ilə Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycan ilə Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müzakirə olunub


Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarusun Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb.

Bu barədə "Far.Az"a AQTA-dan məlumat verilib.

Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.

Həmçinin "Rabisafe" baytarlıq preparatının Azərbaycanda istehsalının təşkili və Belarusun "BelAqroGen" elmi-istehsalat mərkəzi ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Qeyd olunub ki, Belarusun qida təhlükəsizliyi sisteminin ekvivalentliyi AQTA tərəfindən tam həcmdə tanınıb. Hazırda Azərbaycanın qida təhlükəsizliyi reyestrində Belarus mənşəli 123 qida obyekti qeydiyyatdadır.

Qida, baytarlıq və fitosanitar təhlükəsizlik sahələrində əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəlinib.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər