Bakıda maşın qadın və azyaşlını piyada keçidində vurdu - TƏBİB-dən AÇIQLAMA/ANBAAN VİDEO
Far.Az xəbər saytı

Bakıda maşın qadın və azyaşlını piyada keçidində vurdu - TƏBİB-dən AÇIQLAMA/ANBAAN VİDEO


07.10.2026-cı il tarixində saat 17:10 radələrində 1959-cu il təvəllüdlü (qadın) və 2022-ci il təvəllüdlü (kişi cinsli) şəxslər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Far.Az-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.

***16:37

Oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az xəbər verir ki, hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməklə həyatları xilas edilib.

Oxşar xəbərlər

Yol polisi dəhşətli qəzada xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb - ANBAAN VİDEO
Bakıda Beynəlxalq standartlara cavab verən Kliniki Psixologiya Mərkəzi - "Mayak"
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər