Azərbaycanın investisiya şirkəti 800 min manatlıq istiqraz buraxır
Far.Az xəbər saytı

Azərbaycanın investisiya şirkəti 800 min manatlıq istiqraz buraxır


"Assit Finance İnvestisiya Şirkəti" ASC "Bakı Fond Birjası" QSC-də 800 min manatlıq istiqraz yerləşdirməyə hazırlaşır.

"Far.Az" Birjaya istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 8 000 ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. İstiqrazlara abunə yazılışı 7-21 oktyabrda həyata keçiriləcək.

Bir istiqraz üzrə minimum yerləşdirilmə qiyməti 90 manatdır. Bu qiymətdən aşağı təqdim edilmiş sifarişlər qəbul edilmir. Yerləşdirmə zamanı sifarişlər ən yüksək qiymət təklifindən başlayaraq aşağı qiymətə doğru ardıcıllıqla icra edilir.

Qiymətli kağızlar 6 ay tədavüldə olacaq. Tədavül müddətinin sonunda nominal dəyər üzrə geri ödəniş ediləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Oxşar xəbərlər

Xankəndi bayrama hazırlaşır
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər