Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Far.Az xəbər saytı

Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır


Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin iyulunda Berlinə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin ümidverici başlanğıcıdır.

"Far.Az" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Alman Birliyi Günü münasibətilə keçirilən tədbirdə bildirib.

"İyulun həmin günü, mən və həyat yoldaşım Bakıya gələndə Zati-aliləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri ilə birgə ikitərəfli tərəfdaşlığın strateji gündəliyinə dair Birgə Bəyannaməni imzalamaq və bununla da münasibətlərimizi yeni bir səviyyəyə qaldırmaq üçün Berlinə yola düşüb.

Prezident İlham Əliyevin və nümayəndə heyətinin Berlinə bu səfəri ümidverici bir başlanğıcdır. Mən qarşıdakı illərdə bu gündəlik çərçivəsində sizinlə yaxından əməkdaşlıq etmək fürsətini səbirsizliklə gözləyirəm", - diplomat deyib.

Səfir həmçinin qeyd edib ki, Almaniya Azərbaycan və Ermənistan arasındakı sülh prosesini yüksək qiymətləndirir.

"Sülhün bərqərar olması vaxt tələb edəcək, lakin regionda davamlı sülh iqtisadi tərəqqi və beynəlxalq əməkdaşlıq üçün təməl olmalıdır", - Lölke əlavə edib.

Onun sözlərinə görə, Almaniya universitetlər arasında akademik mübadiləni, eləcə də iki ölkənin cəmiyyətləri arasında əlaqələri genişləndirmək niyyətindədir.

"Mən filologiya, alman dilinin tədrisi, habelə bütün digər elmi sahələrdə əməkdaşlığın inkişafı üzərində işləmək fürsətini səbirsizliklə gözləyirəm", - səfir qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Almaniya-Azərbaycan: Humanitar bağlar və tarixi ənənələr - Lonqrid
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər