İmişlidə arpa əkininə başlanılıb
Far.Az xəbər saytı

İmişlidə arpa əkininə başlanılıb


İmişli rayonunda payızlıq arpa əkininə başlanılıb.

Rayonun Dövlət Aqrar İnkişaf Mərkəzindən "Far.Az"un Muğan bürosuna verilən məlumata görə, İmişli ərazisində payız əkinində 18 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır.

Artıq 4 minə yaxın hektar sahəyə arpa toxumu səpilib.

Qeyd edək ki, cari əkin mövsümündə rayon ərazisində 42 922,1 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib. Bunun 16 664,3 hektarı dənli və dənli paxlalı bitkilər, 77,7 hektarı kartof, 138,1 hektarı tərəvəz, 324,6 hektarı bostan bitkiləri, 214,7 hektarı şəkər çuğunduru, 7 033,7 hektarı pambıq və 18 469 hektarı isə yemlik bitkilərinin payına düşüb.

Oxşar xəbərlər

İmişlidə 18 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır
Bu il İmişlidə 3 200 hektar sahədə təkrar əkin işləri aparılıb 
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Salyanda dənli və paxlalı bitkilərin əkin sahəsi azalıb
Masallı və Neftçalada növbəti toxum sərgi-satış yarmarkaları keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər