İmişlidə 18 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır
Far.Az xəbər saytı

İmişlidə 18 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır


İmişlidə payız əkininə hazırlıq işləri aparılır.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində payız əkinində 18 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır.

Sahələrdə əsasən arpa və buğda kimi dənli bitkilərinin əkini gözlənilir.

Qeyd edək ki, cari əkin mövsümündə rayon ərazisində 42 922,1 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib. Bunun 16 664,3 hektarı dənli və dənli paxlalı bitkilər, 77,7 hektarı kartof, 138,1 hektarı tərəvəz, 324,6 hektarı bostan bitkiləri, 214,7 hektarı şəkər çuğunduru, 7 033,7 hektarı pambıq və 18 469 hektari isə yemlik bitkilərin payına düşüb.

Oxşar xəbərlər

Bu il İmişlidə 3 200 hektar sahədə təkrar əkin işləri aparılıb 
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Salyanda dənli və paxlalı bitkilərin əkin sahəsi azalıb
Bu il Salyanda 250 hektar sahədə şəkər çuğunduru əkilib
Şəki və Oğuzda toxum sərgi-satış yarmarkası, Aqrobiznes Festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər