Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
Far.Az xəbər saytı

Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb


Ficidə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyasına (COP31) hazırlıq məqsədilə keçirilən yüksək səviyyəli toplantı (PreCOP31) çərçivəsində baş tutan görüşdə Azərbaycanın kiçik ada dövlətləri (SIDS) ilə həmrəyliyi vurğulanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

"PreCOP31 zamanı Ficinin informasiya, ətraf mühit və iqlim dəyişikliyi naziri xanım Linda Tabuya ilə görüşmək çox xoş idi. Biz Azərbaycanın SIDS ilə həmrəyliyini, onların prioritetlərinin qlobal iqlim gündəliyində yüksək səviyyədə saxlanılmasının vacibliyini, Fici ilə praktiki əməkdaşlıq və birgə təşəbbüslər üçün, o cümlədən COP31-dəki imkanları müzakirə etdik", - M. Babayev bildirib.

Səfər ərzində Azərbaycanın nümayəndə heyətinə göstərilən qonaqpərvərlik yüksək qiymətləndirilib.

Xatırladaq ki, M. Babayev 5-8 oktyabr tarixlərində Fici və Tuvaluda səfərdə olub.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər