Ermənistan parlamentinin iclası deputatların dalaşması səbəbindən yenidən dayandırılıb - YENİLƏNİB
Ermənistan parlamentinin iclası "Mülki müqavilə" partiyasının deputatı Taron Çaxoyan tərəfindən bütün ermənilərin katolikosu II Qareginin ünvanına səsləndirilən ittihamlardan sonra növbəti dəfə dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bu gün səhər saatlarında hakim "Mülki müqavilə" və müxalif "Güclü Ermənistan" fraksiyalarının deputatları parlamentdə dalaşıblar. Baş vermiş insidentdən sonra elan edilmiş fasilədən qayıdan parlamentin sədri Ruben Rubinyan baş verənləri şərh edərək, bunun dava deyil, sadəcə itələşmə olduğunu bildirib.
"İnsanlar gündəlikdən kənara çıxdıqda, bu, iclası pozan müxtəlif nəticələrə gətirib çıxarır: məsələn, Respublika Partiyasının keçmiş üzvü ["Güclü Ermənistan"ın deputatı Edqar Kazaryan] bizi quldur adlandırmaq qərarına gələr, "Mülki müqavilə"dən kimsə isə cavabında ona: "özünsən quldur, Ermənistan Respublika Partiyasının çirkli üzvü" deyər", - o bildirib.
R.Rubinyan "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyana söz verməkdən imtina edib, daha sonra deputat Kazaryanın hər dəfə iclasların normal gedişatını pozduğunu bildirib. O, Kazaryanı xəbərdar edib ki, insident təkrarlanacağı təqdirdə onu zaldan çıxaracaq.
Zaldakı vəziyyət Çaxoyanın çıxışından sonra, onun II Qaregini Ktriç Nersisyan adlandırması və müxalifətə xidmət etməkdə günahlandırması ilə yenidən gərginləşib. Rubinyan ikinci dəfə planlaşdırılmamış fasilə elan edib.
Ermənistan parlamentində "Vətəndaş müqaviləsi" və "Güclü Ermənistan" fraksiyalarının deputatları arasında dava düşüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Parlamentin spikeri Ruben Rubinyan onu dövlət vəsaitlərini israf etməkdə ittiham edən müxalif "Güclü Ermənistan" fraksiyasının üzvü Edqar Kazaryanın çıxışını kəsib. R.Rubinyan Kazaryanın çıxışının gündəlikdən kənara çıxdığını bildirib və ona sözünü bitirməyə imkan verməyib.
Bundan sonra "Mülki müqavilə"nin deputatı Vahe Qalumyan yerindən qalxaraq münasibətləri aydınlaşdırmağa gedib. O, "Güclü Ermənistan"ın deputatı Vahinak Vartanovu bir neçə dəfə itələyib, bundan sonra dava düşüb.
R.Rubinyan fasilə elan edib, işə təhlükəsizlik əməkdaşları qarışıb. Deputatlar münasibətləri dəhlizdə aydınlaşdırmağa davam ediblər.
Oxşar xəbərlər
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
-
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar













