Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB
Far.Az xəbər saytı

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB


Ceyranbatanda onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bina sakinləri təxliyə olunub, xəsarət alan olmayıb.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzil yanır.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə qəsəbədə yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər