Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
Far.Az xəbər saytı

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib.

"Far.Az" xəbər verir ki, bu barədə İsrail hökuməti rəhbərinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Mən prezident Donald Trampın və dövlət katibi Marko Rubionun Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etmək qərarını yüksək qiymətləndirirəm. BCM məhkəmə deyil, bütün dünyada qanuna riayət edən demokratiyalar və milli suverenlik ideyasının özü üçün ölümcül təhlükə yaradan siyasi orqandır. Liderliyinizə görə təşəkkür edirəm", - məlumatda qeyd olunub.

Daha əvvəl Netanyahu Nobel komitəsinin sülh mükafatını Navi Pillaya vermək qərarını tənqid edərək onu "mənəvi oriyentirlərini itirməkdə" günahlandırmışdı. O bildirib ki, Pillay İsrailə qarşı yalan ittihamlar yayıb, həmçinin onu BCM-in sabiq prokuroru Kərim Xana İsrailə qarşı işin formalaşdırılmasında kömək etməkdə günahlandırıb.

ABŞ cümə günü BCM-ə qarşı sanksiyalar tətbiq edib - bu, onun keçmiş hakimlərindən biri Navi Pillayın Nobel sülh mükafatını almasından cəmi bir neçə saat sonra baş verib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Trampa sülh medalının təqdimatı – Maçadodan Nobel Komitəsinin səhvinə düzəliş - ŞƏRH
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər