Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Far.Az xəbər saytı

Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb


Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb.

"Far.Az"un yerli bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyülüb.

Ağır xəsarətlər alan C. Nəzərli təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan yaralı bir neçə gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb, o, bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər