Amin Nasser: Dünya neft ehtiyatları dəhşətli dərəcədə aşağı səviyyəyə enib
Dünyada neft ehtiyatları Yaxın Şərqdə davam edən böhran fonunda dəhşətli dərəcədə aşağı səviyyəyə enib.
"Far.Az" "Politico"ya istinadən xəbər verir ki, bu barədə "Saudi Aramco"nun rəhbəri Amin Nasser Londonda keçirilən "Energy Intelligence Forum"da bildirib.
Bu bəyanat "Böyük yeddilik" ölkələrinin yanacağın qiymət artımının qarşısını almaq üçün 100 milyon barelə qədər neft və dizel yanacağı buraxmaq barədə razılığa gəlməsindən bir neçə gün sonra verilib.
Şirkətin baş direktorunun sözlərinə görə, ehtiyatların anbarlardan buraxılması yalnız müvəqqəti dəstək göstərəcək, tədarüklə bağlı uzunmüddətli problemləri həll etməyəcək.
"Hörmüz boğazı tam açılana və etimad bərpa olunana qədər vəziyyətin sərt reallığı ondan ibarətdir ki, hər iki tərəfdən təzyiq artacaq", – o bildirib və əlavə edib ki, dünya üzrə neft tədarükünün dayanıqlılığı olduqca aşağı səviyyədədir.
Nasser qeyd edib ki, fevral ayında ABŞ və İsrail İranla müharibəyə başlayandan bəri dünya neft ehtiyatlarının təxminən 30 %-i "itirilib".
"Dünya bu böhrana demək olar ki, 10 milyard barel neft ehtiyatı ilə daxil olub, o vaxtdan bəri ümumi neft təklifinin təxminən 3 milyard bareli itirilib", - o deyib.
Nasser əlavə edib ki, Hörmüz boğazı tam açılandan sonra neft ehtiyatlarının doldurulmasına iki ilə qədər vaxt gedəcək.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Messinin Argentina millisində son oyunu bəlli oldu
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













