İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarının Laçına səfərləri başa çatıb
Far.Az xəbər saytı

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarının Laçına səfərləri başa çatıb


"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarının Laçına səfərləri başa çatıb.

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, iştirakçılar səfər çərçivəsində yenidən bərpa edilən Zabux kəndində olublar. Zabux kəndinə gedən qonaqlar, burada yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, işğaldan azad edildikdən sonra Zabux kəndi yenidən bərpa edilib. Kənd sakinlərinin doğma yurdlarına daimi qayıdışı təmin edilib.

Səfərin yekununda qonaqlar Həkəri çayının sahilinə gəliblər. Onlara işğaldan azad edildikdən sonra yaradılan şəraitlə tanış ediblər.

Sonda xatirə fotoları çəkilib.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Konfrans "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusuna həsr olunub.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edib
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər