"Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı
Far.Az xəbər saytı

"Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı


Rusiyada "Yandex" şirkətinə məxsus daha bir data mərkəzi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hadisədən sonra şirkətin bir sıra rəqəmsal xidmətlərində fasilələr yaranıb.

Far.Az xəbər verir ki, şirkət Vladimir vilayətində yerləşən data mərkəzinin infrastrukturunun zədələndiyini və obyektin fəaliyyətinin tam dayandırıldığını açıqlayıb.

Məlumata görə, hücumdan sonra Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Sibirdə "Yandex Go", "Yandex Pay", "Yandex Yeda", "Yandex Pro", "Alisa" və digər xidmətlərdən istifadə zamanı problemlər qeydə alınıb.

Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev bildirib ki, hadisə nəticəsində 5 min sakini elektrik enerjisi ilə təmin edən iki yarımstansiya da sıradan çıxıb. Onun sözlərinə görə, elektrik təchizatının 80 faizi, istilik və su təchizatı isə tam bərpa olunub.

Bundan başqa, Ukraynanın Rusiyanın Soçi şəhərinə də pilotsuz uçuş aparatları ilə zərbə endirdiyi bildirilir. Krasnodar diyarının operativ qərargahının məlumatına əsasən, PUA qalıqları hava limanının ərazisinə düşüb.

Oxşar xəbərlər

"Miss Russia 2025" qalibi real həyatda necə görünür?
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Digital Move: 2351 metr yüksəklikdə elektron musiqi, dağ və rəqəmsal mədəniyyət
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər