Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var
Far.Az xəbər saytı

Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var


Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov III Beynəlxalq Xankəndi Ultramarafonu çərçivəsində media nümayəndələrinə açıqlamasında deyib.

Nazir xatırladıb ki, marafon artıq 3-cü dəfədir keçirilir: "Marafon ilk dəfə Xankəndidə start götürmüşdü. Son 2 ildə isə Xankəndidə finiş edirik. Məsafə 192 kilometrdir, idmançılar 4 gündə bu məsafəni qət edirlər. İştirakçıların sayında kifayət qədər artım var. Onların yarıdan çoxu azərbaycanlılardır. Sevinirik ki, bizim bu qədər ulturamarafonçumuz var".

F.Qayıbov qeyd edib ki, marafonda iştirakçıların sayında qadınlar çoxluq təşkil edir.

"Yarışa 6 ölkənin iştirakçıları qatıllıb. Atletlərin təxminən 25 %-i qadınlardır. Hər bir idmançını, eləcə də xalqımızı işğaldan azad olunmuş ərazilərimizdəki növbəti idman bayramı münasibətilə təbrim edirəm", - nazir deyib.

Oxşar xəbərlər

III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər