Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
Bakı-Praqa marşrutu üzrə uçuşların sayı 14 % artacaq.
"Report" xəbər verir ki, bunu "AZCON Holding"in icraçı direktoru Şahin Babayev "Azərbaycan-Çexiya Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, hava əlaqəsi iki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsi baxımından da eyni dərəcədə vacibdir: "Azərbaycan Hava Yolları" QSC hazırda Bakı–Praqa marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. 2026-cı ildə uçuşların ümumi sayının 194-ə çatacağı gözlənilir ki, bu da əvvəlki illə müqayisədə 14 % çoxdur. Bu artım işgüzar səfərləri, turizmi və insanlar arasında daha sıx əlaqələri dəstəkləyir. Biz həmçinin şəhər nəqliyyatı, o cümlədən metro infrastrukturu və sənaye həlləri sahələrində potensial əməkdaşlıq imkanları görürük. Mexanika mühəndisliyi, metal emalı və avadanlıq istehsalı üzrə ixtisaslaşmış Çexiya şirkətləri Azərbaycanın modernləşdirmə səylərinə dəyərli təcrübə qazandıra bilərlər".
Oxşar xəbərlər
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb













