Zelenski ABŞ-yə Ukrayna ilə dizel yanacağı tədarükünə dair saziş bağlamağı təklif edib
Far.Az xəbər saytı

Zelenski ABŞ-yə Ukrayna ilə dizel yanacağı tədarükünə dair saziş bağlamağı təklif edib


Vaşinqton Kiyevlə dizel sazişi bağlasa yaxşı olardı, çünki Rusiyanın neft emalı zavodlarının işinə və Rusiya nefti daşıyan gəmilərin hərəkətinə məhz Ukrayna təsir göstərir.

"Report" "Yevropeyskaya pravda" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Varşava Təhlükəsizlik Forumunda bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Rusiya dizel yanacağının tədarükü ilə bağlı razılaşmalar dünya bazarına ciddi təsir göstərməyəcək, çünki razılaşdırılmış həcmlər cüzidir.

Zelenski həmçinin enerji barışığı məsələsini yenidən qaldıraraq vurğulayıb ki, Ukrayna üçün fasiləsiz elektrik enerjisi təchizatını təmin etmək son dərəcə vacibdir.

"Əgər onlar bizim enerji şəbəkəmizin müdafiəsinə zəmanət verə bilsələr, biz onların dizel infrastrukturuna müdaxilə etməyəcəyik. Bizim üçün elektrik təchizatı ilk növbədə insanlara kömək deməkdir. Elektrik təchizatı insanlar üçün vacibdir, lakin bu, həm də Avropaya köməkdir, axı hamı bilir ki, biz Avropa şəbəkəsinə qoşulmuşuq və əgər bizim energetikamız hücumlara məruz qalmasa, o zaman biz digər ölkələrə kömək edə biləcəyik", - o bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ tərəfi yaxşı bilir ki, enerji barışığı çərçivəsində Ukrayna üçün prioritet məsələ Rusiya tərəfindən Ukraynanın enerji infrastrukturu obyektlərinə endirilən zərbələrin dayandırılmasıdır.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər