Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
Far.Az xəbər saytı

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib


Bakıda konkur üzrə "Omar" kuboku keçirilib.

Bu barədə "Report"a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayışa vəsiqə əldə edib. Təkrar yarışlarda Anar Hümbətov "Zirvə" atı ilə yarışların qalibi olub və baş kuboku qazanıb. O, "Məğrur" atı ilə də yarışıb və 3-cü nəticəni göstərib.

Cahangir Novruzbəylinin "Naxış" atı ilə 2-ci olduğu kateqoriyada 4-cü yeri "Parlaq" atı ilə Seyid Musayev, 5-ci yeri isə "Fine Chocolate" ləqəbli atla Valeriya Roşenko tutub.

Hündürlüyü 130-135 sm olan maneələrin dəf edilməsi üzrə M klass yarışlarında starta 7 konkurçu çıxıb. İlkin mərhələnin yekununa görə A.Hümbətovun "Zirvə" atı 3-cü yeri tutub.

S.Musayevin "Zidane D" və Kənan Novruzovun "Miss Baloubet MNM" atı finalda gərgin mübarizə ilə yadda qalıblar. K.Novruzov son sıçrayışda ardıcıl iki maneəni aşıraraq qələbəni əldən verib və ikinciliklə kifayətlənib. Bu kateqoriyada qalib adını S.Musayev qazanıb.

Oxşar xəbərlər

"Bahar Kuboku" uğrunda konkur yarışı başa çatıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Anar Hümbətov Daşkənddə konkur üzrə beynəlxalq yarışda iştirak edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər