İlham Əliyev: Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Far.Az xəbər saytı

İlham Əliyev: Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib


Azərbaycan hər zaman, xüsusilə də Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib.

"Report" xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciətində qeyd edilib.

Dövlət başçısı deyib ki, tarixi İpək Yolunun mərkəzində yerləşən Türk dünyası bütün dövrlərdə dahi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin vətəni olub:

"Xalqlarımızın zəngin elmi və mədəni irsi, böyük insan kapitalı və artan innovasiya potensialı TDT çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi formalaşması və sıx qarşılıqlı fəaliyyət üçün imkanlar yaradır. Bu xüsusda, müvafiq qurumların rəhbərlərinin görüşlərinin təşkili təqdirəlayiq haldır. Ötən il Bişkek şəhərində keçirilmiş ilk görüş bu sahədə atılmış əhəmiyyətli addım idi".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər