BVF 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti proqnozunu ÜDM-in 11,3 %-nə qədər artırıb
Far.Az xəbər saytı

BVF 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti proqnozunu ÜDM-in 11,3 %-nə qədər artırıb


Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər üçün proqnozunu əhəmiyyətli dərəcədə artırıb.

"Far.Az" BVF-nin "Dünya iqtisadiyyatının inkişaf perspektivləri: təzyiq altında dayanıqlılıq, təxirəsalınmaz seçim" adlı oktyabr hesabatına istinadən xəbər verir ki, 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti ümumi daxili məhsulun (ÜDM) 11,3 %-ni, 2027-ci ildə isə 9,8 %-ni təşkil edəcək.

Fondun əvvəlki proqnozu Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə ÜDM-in 9,7 %-i, 2027-ci ildə isə 5,4 %-i səviyyəsində olacağını nəzərdə tuturdu.

2026-cı ilin birinci yarımilliyinin yekunlarına görə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 12,4 %-i və ya 4,738 mlrd. ABŞ dolları səviyyəsində qiymətləndirilir.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın cari əməliyyatlar hesabının profisitini ÜDM-in 10,9 %-i, 2027-ci ildə isə 6,2 %-i səviyyəsində gözləyir.

BVF-nin may proqnozlarına əsasən, 2026-cı ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 7,572 mlrd. ABŞ dollarına çatacaq.

Öz növbəsində, Azərbaycan Mərkəzi Bankı cari ilin may ayında cari əməliyyatlar hesabının profisitini 2026-cı il üçün 5,5 mlrd. dollar, 2027-ci il üçün isə 4,4 mlrd. dollar səviyyəsində proqnozlaşdırmışdı.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
"Fitch Ratings" Azərbaycanın bank sektorunun 2026-cı il üçün perspektivlərini qiymətləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər