Avropa İttifaqında AK qərarlarının dayandırılması mexanizminin yaradılmasına çağırış edilib
Far.Az xəbər saytı

Avropa İttifaqında AK qərarlarının dayandırılması mexanizminin yaradılmasına çağırış edilib


Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Ciorcia Meloni və Belçikanın Baş naziri Bart de Vever Avropa İttifaqında (Aİ) rəqabətə və sənayenin inkişafına mane olduğu təqdirdə, Avropa normalarının və Avropa Komissiyasının (AK) qərarlarının fəaliyyətini dayandırmağa imkan verən "stop-kran mexanizmi"nin yaradılmasını təklif ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə "Politico" Avropa Şurasının sədri Antonio Koştaya ünvanlanmış məktuba istinadən məlumat yayıb.

Təşəbbüs müəllifləri hesab edirlər ki, Aİ ölkələrinə milli hökumətlər və biznes üçün həddindən artıq yük yaratdığı təqdirdə, Brüsseldə hazırlanmış yeni qaydaların fəaliyyətini müvəqqəti dayandırmaq imkanı verilməlidir.

Bundan başqa, liderlər kiçik və orta biznesin üzərinə düşən inzibati yükün azaldılmasını sürətləndirməyə çağırıblar. Onların sözlərinə görə, bu, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün zəruridir.

Məktub 15-16 oktyabra planlaşdırılan Aİ sammiti ərəfəsində Koştaya göndərilib. Görüşün mövzuları arasında AK-nın 2028-2034-cü illər üçün büdcə planları, enerji böhranı, Avropa İttifaqının gələcək genişlənməsi və Ukraynaya silah tədarükü var.

Oxşar xəbərlər

İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir
İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər