IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib
Far.Az xəbər saytı

IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib


Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinə dair 2026-2027-ci illər üzrə proqnozlarını nəzərəçarpacaq dərəcədə artırıb.

"Report" IMF-nin "Dünya iqtisadiyyatının inkişaf perspektivləri: təzyiq altında dayanıqlılıq, təxirəsalınmaz seçim" başlıqlı oktyabr hesabatına əsaslanaraq xəbər verir ki, 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti ümumi daxili məhsulun (ÜDM) 11,3 %-ini, 2027-ci ildə isə 9,8 %-ini təşkil edəcəyi gözlənilir.

Fondun bundan əvvəlki (may ayına olan) proqnozlarında Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə ÜDM-in 9,7 %-i, 2027-ci ildə isə 5,4 %-i həddində olacağı nəzərdə tutulurdu.

2026-cı ilin birinci yarımilliyinin nəticələrinə əsasən, Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 12,4 %-i və ya 4,738 milyard ABŞ dolları həcmində qiymətləndirilib.

IMF-nin may ayında açıqladığı proqnozlara görə, 2026-cı ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin 7,572 milyard ABŞ dollarına yüksələcəyi gözlənilirdi.

Öz növbəsində, Azərbaycan Mərkəzi Bankı cari ilin may ayında cari əməliyyatlar hesabının profisitini 2026-cı il üçün 5,5 milyard dollar, 2027-ci il üçün isə 4,4 milyard dollar səviyyəsində proqnozlaşdırmışdı.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi isə Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə ÜDM-in 10,9 %-i, 2027-ci ildə isə 6,2 %-i həddində formalaşacağını proqnozlaşdırır.

Oxşar xəbərlər

BVF 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti proqnozunu ÜDM-in 11,3 %-nə qədər artırıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
IMF Azərbaycanın tədiyə balansı üzrə proqnozlarını 2031-ci ilə qədər yeniləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər