Zaxarova: Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdır
Far.Az xəbər saytı

Zaxarova: Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdır


Rusiya Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasında maraqlıdır.

"Far.Az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

XİN nümayəndəsi həmçinin qeyd edib ki, Rusiya Federasiyası üçtərəfli razılaşmaların bütün məsələləri ilə bağlı tərəflərə kömək etməyə hər zaman hazırdır.

“Xatırlatmaq istərdim ki, bu sazişlər paketinə sülh sazişindən əlavə, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması, vətəndaş cəmiyyəti vasitəsilə əlaqələrin inkişafı məsələləri də daxildir. Təbii ki, Qazaxıstan kimi qonşularımızın bu istiqamətdə səylərini də alqışlayırıq”, - o bildirib.

Oxşar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Putinin Bakıya səfəri: Nə Qərb, nə Rusiya - Azərbaycan üçün əsas öz maraqlarıdır - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər