Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur
Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir.
"Report" xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında qeyd edilib.
Bildilirilib ki, bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur: "Xüsusilə sosial media platformalarında koordinasiyalı şəkildə həyata keçirilən fəaliyyət bu narahatlığı daha da artırır. Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir. Məhdud sayda eyniadlı hesabların çoxsaylı paylaşımlara ardıcıl müdaxiləsi və fəaliyyətin konkret vaxt intervallarında intensivləşməsi bu prosesin koordinasiyalı xarakter daşıdığına dair ciddi əsaslar yaradır, trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyasının aparıldığını göstərir. Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin alətinə çevrilməsidir".
Azərbaycan Respublikası Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu kimi hallara qarşı diqqətli olmağa, şübhəli hesabların koordinasiyalı fəaliyyətini nəzərə almağa, manipulyativ məzmunu yoxlamadan yaymamağa və süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırıb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ümumtəhsil məktəblərində vahid geyim forması: hüquqi əsaslar və beynəlxalq təcrübə
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib













