Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Azərbaycan və Laos parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında özünəməxsus rolu qeyd edilib.
"Report" xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin görüşündə müzakirə olunub.
Söhbət zamanı ali səviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Bu baxımdan qonağın Prezident İlham Əliyevlə görüşlərinin, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.
Görüşdə Həmçinin, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələlərinə toxunularaq diqqətə çatdırılıb ki, parlamentlərimiz Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm platformalarda əməkdaşlıq edirlər.
Söhbət zamanı spiker Sahibə Qafarova qonağa Milli Məclisin tarixi, strukturu, parlament dostluq qruplarının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, bugünkü Yeddinci çağırış Milli Məclis 2024-cü ildə keçirilmiş parlament seçkiləri nəticəsində formalaşıb. Həmin seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçirildiyi üçün mühüm tarixi əhəmiyyət kəsb edir.
Azərbaycanda sonuncu dəfə 44 il əvvəl olduğunu bildirən Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu barədə fikirlərini bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Laos münasibətlərinin inkişafına verdiyi töhfələrdən danışıb, onun fəaliyyətini yüksək qiymətləndirib.
Bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını çatdıran Laosun dövlət başçısı ölkəsinin Azərbaycanla parlamentlərarası əlaqələr, təhsil, texnologiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafında və təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.
Qonaq bu gün Bakı Dövlət Universitetində tələbələrlə görüşdüyünü və Azərbaycanın ali təhsil ocaqlarının sovet dövründə Laos üçün 2 min nəfərədək kadr yetişdirdiyini məmnunluqla qeyd edib və bu təcrübənin davam etdirilməsinin vacibliyindən danışıb.
Söhbət zamanı parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, parlament komitələri arasında əməkdaşlığın təşviqi, beynəlxalq platformalarda koordinasiya mövzularına da toxunulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb













