Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar?
Far.Az xəbər saytı

Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar?


Azərbaycanda mənzillərin kirayəyə verilməsindən əldə olunan gəlir hesabına onların dəyərinin ödənilməsi müddəti uzanıb. Hazırda mənzilin dəyərinin kirayə gəlirləri hesabına geri qazanılması üçün təxminən 23 il tələb olunur.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısına dair "Maliyyə Sabitliyi Hesabatı"nda məlumat verilib.

Hesabata görə, 2026-cı il iyunun sonuna ölkə üzrə təklif olunan mənzillərin median aylıq kirayə haqqı 917 manat təşkil edib. Bu göstərici əsasında hesablanan daşınmaz əmlakın kapitalizasiya müddəti 23 ilə yüksəlib. Ötən ilin sonu ilə müqayisədə bu müddət 2.1 il artıb.

Mərkəzi Bank müddətin uzanmasını mənzil qiymətlərinin bahalaşması və kirayə haqlarının həmin artımla müqayisədə nisbətən aşağı səviyyədə qalması ilə əlaqələndirib.

Hesabatda qeyd olunub ki, 2026-cı ilin ilk yarısında mənzil qiymətləri illik müqayisədə 8.4 faiz artıb. İlkin mənzil bazarında qiymət artımı 12.7 faiz, təkrar mənzil bazarında isə 8.3 faiz təşkil edib.

Beləliklə, mənzil qiymətlərinin kirayə haqlarından daha sürətlə artması daşınmaz əmlaka yatırılan vəsaitin kirayə gəlirləri hesabına geri qazanılması müddətini uzadıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
AQP: Ötən ay mənzil satışında qiymət artımı sürətlənib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər