Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib
Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və Zəngəzur dəhlizi müzakirə olunub.
"Report"un yerli bürosu xəbər verir ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub.
Qeyd edilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsi yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə şərait yarada bilər.
C. Cəlilov Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji əhəmiyyətli bölgə olduğunu vurğulayıb və Zəngəzur dəhlizi və bu çərçivədə həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib.
Bildirilib ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru nəqliyyat əlaqəsinin təmin olunmasına, eləcə də dəmir yolu xətti vasitəsilə Türkiyə ilə bağlantısının gücləndirilməsinə imkan yaradacaq. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin artması üçün yeni imkanlar açacağı qeyd olunub.
Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqət mərkəzində olub. Elektrik enerjisinin Türkiyəyə ixracı və daha geniş bazarlara çıxarılması imkanları vurğulanıb.
Kənd təsərrüfatının inkişafı, istehsalın artırılması, fermerlərə dövlət dəstəyinin göstərilməsi və subsidiyaların verilməsi istiqamətində görülən işlərdən də bəhs olunub. Bununla yanaşı, Naxçıvanın turizm potensialının reallaşdırılması, turizm sənayesinin inkişafı, metallurgiya sahəsində yeni istehsal imkanlarının yaradılması məsələləri müzakirə edilib. Sahibkarlara tətbiq olunan 10 illik vergi güzəştləri, investisiya mühitinin yaxşılaşdırılması və regionun gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Sunniya Durrani-Camal nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunaraq, ADB-nin onların maliyyələşdirilməsi üçün təqdim etdiyi imkanlar, o cümlədən güzəştli kreditlərin rolu barədə danışıb. Səfərin əhəmiyyətini vurğulayan bankın Azərbaycan üzrə direktoru Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib.
Görüşdə qarşıdakı illərdə ADB-nin iştirakı ilə həyata keçirilə biləcək layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb













