Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
Far.Az xəbər saytı

Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək


Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (AQEM (CICA) Dövlət və Hökumət Başçıları Şurasının yeddinci iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, H.Fidanın Zirvə Görüşündə çıxış etməsi və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər