İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq
Far.Az xəbər saytı

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq


"Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracı zamanı daşınma xərclərinin 70%-dək hissəsinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur".

Far.Az APA-ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni dəstək mexanizmləri çərçivəsində kiçik və orta ixracatçıların gömrük rəsmiləşdirilməsi ilə bağlı ödənişlərinin bir hissəsi də kompensasiya ediləcək.

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

E.Əliyev qeyd edib ki, Naxçıvanda istehsal olunan malların ölkənin digər ərazilərinə daşınması xərclərinin 70%-i ödənilir.

Bununla yanaşı, Bakı və Abşerondan kənarda kreditlər üzrə faizlərin yarısının subsidiyalaşdırılması mexanizmi tətbiq olunur. Kreditin əsas məbləğinə işğaldan azad edilmiş ərazilərdə 90%-dək, digər regionlarda isə 50%-dək dövlət zəmanətinin verilməsi nəzərdə tutulur.

Nazir müavini bildirib ki, 2027-ci ildən sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50%-i dövlət tərəfindən ödəniləcək.

O əlavə edib ki, investisiya təşviqi mexanizminin müddəti 2029-cu ilədək uzadılıb. Hazırda mexanizm 17 strateji istiqaməti əhatə edir.

Sentyabrın 1-nə 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib. Həmin layihələr üzrə 9.13 milyard manat investisiya qoyuluşu və təxminən 47 min iş yerinin yaradılması nəzərdə tutulur.

E.Əliyevin sözlərinə görə, Azərbaycan Biznesinin İnkişaf Fondu tərəfindən cari ilin ilk 8 ayında təxminən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayrılıb.

Nazir müavini həmçinin bildirib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı 17,4% artaraq 2,8 milyard ABŞ dollarını ötüb.

O vurğulayıb ki, ixracın artımını davam etdirmək üçün məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, istehsal və daşınma xərclərinin azaldılması, xarici bazarlarda mövqelərin gücləndirilməsi vacibdir.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər