"AFB Bank" maliyyə vəziyyətini açıqlayıb
Far.Az xəbər saytı

"AFB Bank" maliyyə vəziyyətini açıqlayıb


"AFB Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 3,603 milyon manat mənfəətlə başa vurub.

"Far.Az" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,2 % çoxdur.

9 ayda "AFB Bank"ın gəlirləri 49,002 milyon manat (1 il əvvələ nisbətən 2 dəfə çox), xərcləri 45,722 milyon manat (98,2 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 322 min manat (73,5 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "AFB Bank"ın aktivləri 574,425 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 79,2 % çoxdur. Bunun 399,671 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 82,5 % böyüyüb.

Hesabat dövründə "AFB Bank"ın öhdəlikləri 2 dəfə artaraq 495,302 milyon manata, o cümlədən depozit portfeli 2,65 dəfə artaraq 369,935 milyon manata, balans kapitalı isə 5 % artaraq 79,124 milyon manata çatıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova, 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Oxşar xəbərlər

Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi
İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub
"AFB Bank"ın xalis mənfəəti 7 % azalıb
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"AFB Bank"ın mənfəəti 12 dəfəyə yaxın azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər