Hər gün telefon işlədənlərin NƏZƏRİNƏ - Boyun fəqərələri sıradan çıxır
Far.Az xəbər saytı

Hər gün telefon işlədənlərin NƏZƏRİNƏ - Boyun fəqərələri sıradan çıxır


Telefon və kompüter boyun fəqərələrini sıradan çıxara bilər – həkimlərdən xəbərdarlıq

Boyun fəqərələrində degenerativ dəyişikliklər əvvəllər daha çox 45 yaşdan yuxarı insanlarda müşahidə edilsə də, indi bu problem 25–35 yaşlı şəxslərdə də aşkarlanır. Uzun müddət telefon və kompüter qarşısında yanlış vəziyyətdə oturmaq boyun nahiyəsinə düşən yükü artıraraq problemin daha erkən yaranmasına şərait yarada bilər.

BAKU.WS xəbər verir ki, mütəxəssislər bu vəziyyətin əsas səbəblərindən biri kimi "kompüter boynu" sindromunu göstərirlər.

Bu sindrom telefon və ya noutbukdan istifadə zamanı başın uzun müddət önə əyilmiş vəziyyətdə saxlanılması ilə əlaqələndirilir. Belə vəziyyətdə boyun nahiyəsinə düşən yük artır. Bu hal gün ərzində saatlarla təkrarlandıqda fəqərəarası disklərin və oynaqların aşınmasına təsir göstərə bilər.

Xüsusilə gündə 8-10 saatını ekran qarşısında keçirən şəxslər boyun nahiyəsinin uzunmüddətli yüklənməsi ilə üzləşə bilərlər. Bununla belə, degenerativ dəyişikliklərin yaranmasında təkcə telefon və kompüter istifadəsi rol oynamır.

Boyun fəqərələrindəki dəyişikliklərə yaşla əlaqədar təbii aşınma, boyun əzələlərinin zəifliyi, hərəkətsiz həyat tərzi, əvvəlki travmalar və genetik meyillilik də təsir edə bilər.

Mütəxəssislər boyun nahiyəsinə düşən yükü azaltmaq üçün ekran qarşısında düzgün oturmağı, başı uzun müddət önə əyməməyə çalışmaqı, mütəmadi fasilələr verməyi və fiziki aktivliyi artırmağı tövsiyə edirlər.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər