İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ
Türkiyənin İstanbul şəhərində güclü yağış və daşqınlardan sonra yeni təhlükə ilə bağlı xəbərdarlıq edilib. Meteoroloq Murat Şahin torpağın artıq suya doyduğunu bildirərək, bölgəyə növbəti güclü yağıntı dalğasının yaxınlaşdığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, keçmiş İzmir Regional Meteorologiya İdarəsinin rəhbəri və meteorologiya mütəxəssisi Murat Şahin İstanbul və bütün Mərmərə bölgəsi üçün ciddi xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, oktyabrın 14-də İstanbulda qeydə alınan güclü yağışlar nəticəsində bəzi ərazilərdə bir kvadratmetrə 100 litrdən çox yağıntı düşüb. Onun sözlərinə görə, bölgəyə təsir edən yağışlı hava yaxın 2-3 gün ərzində də davam edə bilər.
Murat Şahin bildirib ki, hazırda torpağın su ilə doyması və infrastrukturun yüklənməsi yeni yağıntılar zamanı daşqın riskini artırır.
"Sabah daha bir güclü yağıntı dalğası gəlir. İndiyədək düşən 100 litr yağışın üzərinə daha 100 litr və ya daha çox yağıntı əlavə olunarsa, fəlakət baş verə bilər. Sel, daşqın və insan tələfatı yaşana bilər", - deyə meteoroloq xəbərdarlıq edib.
Şahin xüsusilə cümə axşamı və cümə günləri üçün ehtiyatlı olmağa çağırıb. O, İstanbul və digər Mərmərə şəhərlərində təhlükəli meteoroloji şəraitin davam etdiyini vurğulayıb.
Məlumata görə, Murat Şahin hələ oktyabrın 10-da Mərmərə, Egey və Qərbi Aralıq dənizi bölgələrində güclü yağışlar nəticəsində sel və daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib.
O, həmin vaxt çay məcralarının və suötürücü kanalların təmizlənməsinin, yağış sularının axıdılması üçün nəzərdə tutulan barmaqlıqların açılmasının, suyun qarşısını kəsə biləcək maneələrin aradan qaldırılmasının vacibliyini qeyd edib.
Şahin bütün Mərmərə bölgəsindəki şəhərləri yüksək hazırlıq vəziyyətində olmağa, aidiyyəti qurumları isə qabaqlayıcı tədbirləri təcili şəkildə gücləndirməyə çağırıb.
Qeyd edək ki, əlavə 100 litr yağıntı ilə bağlı açıqlama meteoroloqun xəbərdarlığıdır. Bu miqdarda yağıntının bütün ərazilərdə mütləq qeydə alınacağı təsdiqlənmiş proqnoz kimi qəbul edilməməlidir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib













