EMTA rəsmisi: "Tarif məsələsində manipulyasiyaların qarşısının alınması mühüm əhəmiyyət kəsb edir"
Tarif məsələsində manipulyasiyaların qarşısının alınması, təbii inhisarların tənzimlənməsi, rəqabətin təşviqi mühüm əhəmiyyət kəsb edir.
"Far.Az" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri Mirməhəmmədəli Aslanov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.
Onun sözlərinə görə, tarifin iqtisadi əsaslandırılması çox vacib məsələdir: "Burada manipulyasiyaların qarşısının alınması, təbii inhisarların tənzimlənməsi, rəqabətin təşviqi mühüm əhəmiyyət kəsb edir. Bunların hamısının məcmusu tariflərə tətbiq olunur. Bundan başqa, təbii inhisar varsa, monitorinq və nəzarət əsas məsələlərdən biridir".
M.Aslanov qeyd edib ki, bu istiqamətdə əməkdaşlığın məqsədi təbii inhisarın sərhədlərini müəyyən etməkdir: "Söhbət texniki-iqtisadi tənzimləmə, əlverişli investisiya mühiti və şəffaf bazardan gedir. Bunun üçün rəqabət orqanı hüquqi bazarın mühafizəsi təşkil olunmalıdır. Davamlı məlumat mübadiləsi vacibdir. Müraciətlərə vahid mövqedən baxılması mühüm əhəmiyyət kəsb edir. Müraciətlər texniki, normativ və bazar prinsipləri əsasında kompleks qiymətləndirilməlidir, həmçinin səlahiyyətlərin koordinasiyası, sahibkarlar üçün aydın və vahid yanaşma təmin olunmalıdır".
EMTA rəsmisinin fikrincə tənzimləmə və rəqabət orqanlarının vahid mexanizm kimi fəaliyyətinin yaratdığı strateji dəyərlər dövlət üçün faydası ondan ibarətdir ki, effektiv dövlət nəzarətidir, paralel nəzarətin aradan qaldırılmasıdır: "Biznes üçün faydası odur ki, biznes daimi proqnozlaşdırıla bilən mühiti axtarır. Vahid və əvvəlcədən proqnozlaşdıran fəaliyyət şərtlərinin təmini, həmçinin rəqabət xidmət seqmetlərinin genişləndirilməsi və investisiyaların imkanların yaradılması üçün bu mexanizmin olması vacibdir".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6













