İranla müharibə yenidən alovlana bilər: ABŞ-nin planında nəhəng bomba
Far.Az xəbər saytı

İranla müharibə yenidən alovlana bilər: ABŞ-nin planında nəhəng bomba


ABŞ İranda hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı yeni zərbə planları hazırlayıb. Bu planlarda ölkənin enerji infrastrukturu və nüvə obyektlərinə hücum zamanı ABŞ arsenalındakı ən böyük nüvə olmayan bomba hesab edilən "bütün bombaların anası"ndan istifadə variantı da nəzərdən keçirilir.

BAKU.WS xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Söhbət ABŞ ordusunun arsenalında yer alan GBU-43/B MOAB (Massive Ordnance Air Blast) bombasından gedir. Bu silah ABŞ-nin ən böyük qeyri-nüvə bombası hesab olunur.

CNN-in mənbələrinin bildirdiyinə görə, MOAB-dan istifadə münaqişənin ciddi şəkildə genişlənməsinə səbəb ola bilər. Bununla belə, ABŞ rəsmiləri belə bir zərbənin Ağ Ev rəhbərinin qarşıya qoyduğu strateji məqsədlərə çatmağa nə dərəcədə kömək edəcəyinə şübhə ilə yanaşırlar.

Məlumata əsasən, son bir neçə həftə ərzində Ağ Evin müşavirləri İranla bağlı mümkün fəaliyyət ssenarilərini müzakirə etmək üçün bir sıra görüşlər keçiriblər. ABŞ prezidenti hərbçilərə İrandakı hədəflərə zərbələr endirilməsi ilə bağlı planlar hazırlamağı tapşırıb. Həmin ssenarilərə ölkənin enerji infrastrukturunun əhəmiyyətli hissəsinin hədəfə alınması və MOAB bombasından istifadə də daxil edilib.

Telekanalın mənbələrindən biri bildirib ki, ABŞ hərbçilərinin hazırladığı planlarda "bütün bombaların anası"nın Pikaks dağına zərbə endirmək üçün tətbiqi də nəzərdə tutulur. Kolanq Qaz La və ya Kirka adları ilə də tanınan bu ərazidə, ABŞ və İsrailin ehtimallarına görə, Tehran nüvə proqramına aid komponentləri saxlayır.

Qeyd edək ki, bundan əvvəl İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-nin İrana qarşı hücumları bərpa etmək qərarına gələcəyi təqdirdə münaqişənin Yaxın Şərq hüdudlarından kənara yayıla biləcəyi barədə xəbərdarlıq edib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər