Kallas: Aİ Rusiyaya qarşı təxminən 1600 yeni sanksiya mövqeyini təsdiqləyib - YENİLƏNİB
Far.Az xəbər saytı

Kallas: Aİ Rusiyaya qarşı təxminən 1600 yeni sanksiya mövqeyini təsdiqləyib - YENİLƏNİB


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksinə qarşı 1600-ə yaxın yeni sanksiya mövqeyini təsdiqləyiblər.

"Far.Az" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

"Bu, Rusiyanın başlatdığı müharibənin əvvəlindən bəri sanksiya siyahımızın ən irimiqyaslı genişlənməsidir. Avropa bir daha birlik nümayiş etdirir. Yeni sanksiyalarımızın yarısından çoxu ballistik raketlərin istehsal zənciri ilə bağlıdır", - o yazıb.

Kallasın sözlərinə görə, Aİ Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi silahların istehsalını əhəmiyyətli dərəcədə çətinləşdirir, ləngidir və bahalaşdırır.

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ukrayna və Rusiya arasında enerji atəşkəsini alqışlayır.

"Far.Az" xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl "X" sosial şəbəkəsində bildirib.

"Biz həmçinin enerji atəşkəsini alqışlayırıq, lakin buna riayət olunmalıdır", - o qeyd edib.

Kallas qeyd edib ki, Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təqribən 1 600 yeni sanksiya mövqeyinə baxacaq.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə zərbələrin qarşılıqlı şəkildə dayandırılması ilə bağlı razılığa gəldiyini bildirmişdi.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər