Thonqlun Sisulit: Laosun AQEM-ə üzv qəbul olunması bizim üçün dönüş nöqtələrindən biridir
Far.Az xəbər saytı

Thonqlun Sisulit: Laosun AQEM-ə üzv qəbul olunması bizim üçün dönüş nöqtələrindən biridir


Laosun AQEM-ə üzv qəbul olunması ölkə üçün dönüş nöqtələrindən biridir.

"Far.Az" xəbər verir ki, bunu Laos Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

O, ölkəsinin AQEM-in işinə töhfə verməyə hazır olduğunu bəyan edib:

"Bu bizim üçün dönəm nöqtələrindən biridir. AQEM-i əməkdaşlıq platforması kimi görürük və təşkilatın işinə, dünyada uzunmüddətli sülhün qorunmasına töhfə verməyə hazırıq. AQEM-ə üzvlük bizim üçün böyük məsuliyyət yaradır. Sülh, dostluq və əməkdaşlıq prinsiplərinə sadiq qalacağımıza söz veririk".

Laos Prezidenti çıxışında Azərbaycanı təhlükəsiz dəhliz olaraq gördüklərini də vurğulayıb: "Bölgə ölkələrinin, təşkilata üzv dövlələrin dayanıqlı inkişafı üçün əlaqələrimizin genişlənməsi vacibdir. Biz AQEM-in prinsiplərinə xidmət etməyə hazırıq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər