Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
Turizm infrastrukturunun inkişafı, o cümlədən dağ-xizək kurortlarının yaradılması əcnəbi səyyahlar üçün Qarabağ və Şərqi Zəngəzurun cəlbediciliyini artıra bilər.
"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bunu beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfər edən filippinli səyyah Con Vinsent Fransisko (John Vincent Francisco) bildirib.
O Azərbaycana ilk dəfədir gəlib və işğaldan azad edilmiş ərazilərin bərpa sürəti ona xüsusi təsir bağışlayıb.
"Biz bu regionun tarixi barədə bilirik, lakin məni ən çox təəccübləndirən onun bu qədər sürətlə bərpa olunmasıdır. Bu, həqiqətən də heyrətamizdir", - səyyah qeyd edib.
Fransisko bildirib ki, Qarabağa səfərindən əvvəl Şəki, Qəbələ və Xınalıqda olub, burada Azərbaycanın təbiəti və tarixi görməli yerləri ilə tanış olub.
Səyyah həmçinin turizm infrastrukturunun inkişafının nəticələrini görmək üçün bir neçə ildən sonra Azərbaycana qayıtmaq arzusunu da ifadə edib.
"Mən beş ildən sonra buraya qayıtmaq, regionun, o cümlədən gələcək dağ-xizək kurortlarının necə inkişaf edəcəyini və buraya nə qədər turistin gələcəyini görmək istərdim", - o əlavə edib.
Qeyd edək ki, bu gün "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.
Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər də daxil olmaqla 13 ölkədən 40-a yaxın şəxs var.
Bu, 2021-ci ildən bəri aparıcı beynəlxalq səyyah klublarının Qarabağ və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.
Bu cür səfərlər əcnəbi səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmağa imkan verir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir













