Tramp Latın Amerikasında narkokartellərin yerüstü hədəflərinə zərbələr endiriləcəyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp bir daha bəyan edib ki, Amerika Silahlı Qüvvələri narkokartellərlə mübarizə məqsədilə Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq.
"Far.Az"un məlumatına görə, ABŞ lideri Florida ştatındakı Mar-a-Laqo malikanəsində çıxış edərək bildirib ki, Amerika ordusunun gördüyü tədbirlər nəticəsində ölkəyə dəniz yolu ilə narkotik qaçaqmalçılığı 96 faiz azalıb.
"96 faiz bir düşünün. İndi biz bununla quruda məşğul olacağıq", – deyə Tramp əlavə edib və narkokartellərlə bağlı yerüstü hədəflərə zərbələr endirmək imkanını nəzərdə tutub. "Əslində quruda bu daha asan olacaq", – o, ABŞ-dən kənarda xidmət edən hərbçilərə qış bayramları münasibətilə müraciəti zamanı vurğulayıb.
Tramp son həftələrdə dəfələrlə bəyan edib ki, Vaşinqton Latın Amerikasından narkotik qaçaqmalçılığına qarşı mübarizəni quruda aparacaq. O xüsusilə ABŞ-nin Venesuela ərazisinə zərbələr endirə biləcəyini istisna etməyib. Vaşinqton administrasiyasının rəhbəri iddia edib ki, Amerika tərəfi regionda narkotik daşınan marşrutlar barədə ətraflı məlumatlara malikdir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













