Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi ISMF-in vitse-prezidenti seçilib
Far.Az xəbər saytı

Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi ISMF-in vitse-prezidenti seçilib


Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib.

"Far.Az" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb.

Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-in Plenar Assambleyasında qəbul olunub. Tədbirdə Azərbaycanı Günel Bədəlova təmsil edib.

Assambleya çərçivəsində federasiyanın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib.

Günel Bədəlovanın ISMF-in rəhbərliyində təmsil olunması Azərbaycanın beynəlxalq idman təşkilatlarında mövqeyinin möhkəmləndirilməsi, eləcə də qış idman növlərinin inkişafı sahəsində təcrübəsinin beynəlxalq səviyyədə təqdim edilməsi baxımından əhəmiyyətlidir.

Bu təmsilçilik, həmçinin xizək alpinizmi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, idmançı və mütəxəssislərin beynəlxalq idman mühitinə inteqrasiyasının gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
"Şahdağ"da xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərasimi baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər