Navainin saxlanılması ilə bağlı DETALLAR - Onu nə gözləyir?
Azərbaycanəsilli rusiyalı repçi Navai Bəkirov Qazaxıstanda saxlanıldıqdan sonra daha bir maddə üzrə məsuliyyətə cəlb oluna bilər. Onun 7 il müddətinə sürücülük hüququndan məhrum edilməsi və 15 sutkalıq inzibati həbsə göndərilməsi ehtimalı var.
Far.Az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, aparılan analizlərin nəticələrində reperin qanında qadağan olunmuş maddələr aşkarlanıb.
Bildirilir ki, Navai Qazaxıstandakı "Korday" sərhəd-keçid məntəqəsində saxlanılarkən "Mercedes" markalı avtomobili özü idarə edib. Bu səbəbdən onun narkotik maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməkdə ittiham olunması məsələsi gündəmə gəlib.
Belə bir halda repçi Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər. Bununla yanaşı, hüquq-mühafizə orqanları narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə bağlı işi də araşdırır.
Qeyd olunan əməllərlə bağlı iş üzrə Navaini 5 ilədək həbs və ya 5 min aylıq hesablama göstəricisinədək (AHG) cərimə gözləyə bilər. Qazaxıstanda bir AHG 4 325 tengeyə, təxminən 15-16 manata bərabərdir.
Hazırda Navai barəsində yekun qərar verilməyib. Bu gün onunla bağlı qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması gözlənilir.
Qeyd edək ki, sadalanan cəzalar hələlik ehtimal xarakteri daşıyır və sənətçinin təqsiri barədə yekun hüquqi qərar açıqlanmayıb.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Yaralanan 34 yaşlı reperin son vəziyyəti açıqlandı
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Gədəbəydə avtomobil aşıb, ölən var
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi













